Muəllif:

Diqqətli olaq: bu texniki sort kartofdurmu?

Ölkəyə Türkiyə, İran, Pakistan və Rusiyadan kartof idxal edilir. Ekspertlər iddia edirlər ki, İrandan və Türkiyədən gələn kartoflar əsasən texniki sortlardır. Qeyd edək ki, kartof istehsalında 4 növ kartof yetişdirilir. Ərzaq, heyvandarlıqda, istifadə edilən, texniki və universal sort. Texniki sortdan spirt alınmasında, plastmas əşyaların istehsalı üçün xammal kimi istifadə olunur. Universal sort isə həm heyvandarlıqda, həm də ərzaqda istifadə edilə bilər. Əgər universal kartof heyvandarlıqda istifadə olunarsa, ona kalium gübrəsi daha çox verilir. Texnoloji baxımından fərqli olduğu üçün aqrotexniki qulluq qaydaları da fərqlidir.
Ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bu, kartofun xarici görünüşündən də hiss olunur:”Hətta bəziləri də heyvandarlıqda istehsal olunan kartoflardır ki, onların dəyəri çox ucuzdur. Məsələn, 2011-ci ildə Rusiyadan idxal olunan kartofun idxal dəyəri 1 kq üçün 2.5 qəpik olub. Bu dəyər ona görə ucuz olub ki, Rusiyada məhsuldarlıq bir hektarda 100 tona qədər idi. Görünür ki, gübrələrdən çox istifadə etdikləri üçün o qədər məhsul əldə edə biliblər. Kartof da xüsusən kalium gübrəsini çox sevir. Bunun da hər bir sort üçün öz norması var. Kalium gübrəsi ərzaq üçün istifadə edilən kartofa az vurulur. Bu baxımdan xaricdən gələn kartofun xarici görünüşü onu deməyə əsas verir ki, həmin məhsul yetişdirilən zaman gübrələrdən daha çox istifadə olunub. Xüsusən də kalium gübrəsindən. Bu da normadan artıq olduğu üçün insan orqanizmində fəsad yaradır. Digər bir maddə də solonindir. Solonin orqanizm üçün olduqca zərərli maddədir. İstehsalçı eyni anda həmin kartofdan çox istifadə edərsə, ölüm həddinə qədər çata bilər”.

Ekspertin sözlərinə görə, adi insan üçün kartofun tərkibindəki nitratın miqdarını təyin etmək çətindir: «Amma ilkin olaraq xarici görünüşünə baxıb, onun keyfiyyətini yumruların həcmi ilə müəyyən etmək olur. Əgər yumruların həcmi həddindən artıq böyükdürsə, deməli, qidalanma zamanı ona daha çox mineral gübrə verilib. İkincisi, ərzaq kartofunun gözcükləri üzdə, texniki sortların gözcüyü isə dərində olur. Bundan başqa, ərzaq kartofunda gözcüklərin sayı çoxluq təşkil edir. Bir də ki, əgər kartofun üz hissəsinin rəngi yaşıllaşıbsa, bu da zərərlidir”.
Məsələyə münasibət bildirən KTN yanında Dövlət Fitosanitar Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının müdiri Yaqub İbrahimov mətbuata açıqlamasında bildirib ki, qurum ölkəyə daxil olan kartofun tərkibindəki kimyəvi, zəhərli maddələri yox, onlara verilən gübrənin, xüsusən də nitratın miqdarını yoxlayır: «Əgər nitrat yuxarı miqdarda olarsa, onun yandırılması üçün müvafiq orqanlara xəbər veririk. Ancaq xeyli müddətdir ki, nə İrandan, nə də Türkiyədən gələn kartofun tərkibindəki nitratın miqdarının yüksək olması faktı aşkar edilməyib. Belə hallar keçən il olsa da, hələlik bu il baş verməyib”.
Yaqub İbrahimovun sözlərinə görə, onun yoxlanılması gömrükdə də ola bilər: «Ölkəyə daxil olandan sonra isə bizdə yoxlanılır. Bizim xidmətin müfəttişləri tərəfindən onlardan nümunələr götürülür. Əgər nitritin həddi yuxarı səviyyədə alınırsa, xidmətin rəisinə, nazirliyə xəbər verilir”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 285