Muəllif:

Diqqət: dövriyyədə saxta əskinaslar var

Vətəndaşların diqqətli olması lazım gəlir: dövriyyədə saxta əskinaslar var. Bu ziyankar işlə məşğul olub irəli düşmək istəyənlər az deyilmiş. Daha bir dəstənin — bu dəfə Sabirabad rayonunda saxta əskinasların dövriyyəsi ilə məşğul olan cinayətkarların zərərsizləşdirildiyi bundan xəbər verir.. Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polisin əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nizami kəndi ərazisində kənd sakinləri İlyas Abdullayev, Sahil Qasımov və Saatlı rayon sakini Azad Qəmbərov 50 ədəd saxta 100 manatlıq əskinası satarkən tutulublar.

Faktla bağlı cinayət işinin başlandığı, araşdırma aparıldığı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 132