Dinçi qrupun üzvləri uzun müddətə məhkum edildi
Bakı Ağır Cinayətlər üzrə Məhkəmədə azadxeber.org saytının baş redaktoru Nicat Əliyevin və qanunsuz narkotik maddə və silah saxlamaqda, dinlərarası ədavəti qızışdırmaqda, hakimiyyəti zəbt etməyə çağırışlarda və qadağan olunmuş dini ədəbiyyatın yayılmasında ittiham olunan 9 nəfərin məhkəmə prosesi başa çatdı. Məhkəmə N.Əliyevi 10 il, Elvin Nəsirovu 9 il, Emin Tofiqi 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Samir Hüseynov 6 il, Elimxan Hüseynov 7 il, Ceyhun Səfərli 9 il, 4 ay, Qorxmaz Camalov 7 il, Əli Əliyev 4 il, Valeh Abdullayev 8 il, Səfər Məmmədov 3 il, 4 ay müddətinə azadlıqdan məhrum ediliblər. Sonuncu üç nəfər zaldan həbsxanaya aparılıb. Müttəhimlər və onların qohumları etiraz ediblər.
Vəkillər müttəhimlərin günahsız olduqlarını iddia edir və apellyasiya instansiyasına şikayət etmək niyyətində olduqlarını bildiriblər.