Muəllif:

DİN inkar edir: Renat Nəcəfovu biz döyməmişik

DİN martın 10-da Bakıda “Əsgər ölümünə son!” aksiyasında iştirak edən AXCP üzvü Renat Nəcəfovun döyülməsinə münasibət bildirib.DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Renat Nəcəfovun polis bölməsində döyülməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar doğru deyil: “Əgər Renat Nəcəfov polis tərəfindən təzyiqə məruz qaldığını iddia edirsə, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edə bilər”.

Klinik Tibbi Mərkəzdən verilən məlumata görə isə iş başqadır: Renat Nəcəfov mərkəzdə müalicə olunur və ona kəllə-beyin travması, almacıq sümüyünün sınığı, sifətində yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub…

Renat Nəcəfov mətbuata açıqlamasında Fəvvarələr meydanında keçirilən “Əsgər ölümünə son!” aksiyasında polis tərəfindən döyüldüyünü bildirmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127