DİN dairəvi yoldakı qəza barədə açıqlama yaydı
Daxili İşlər Nazirliyi aprelin 19-da Bakıda baş vermiş zəncirvari qəza ilə bağlı xəbər yaydı. Nazirliyin saytına istinadən, aprelin 19-da saat 07.15 radələrində Yasamal rayonunda yeni dairəvi yolda Yeni Zelandiya vətəndaşı Harrold David Makkenzinin idarə etdiyi Nissan, Bakı sakinləri Müslüm Məmmədovun idarə etdiyi Mitsubishi, Teymur İmanovun, Hidayət Xəlilovun və Sumqayıt sakini Samir Nemətovun idarə etdiyi Mercedes markalı avtomaşınlar toqquşub. Xəsarət alan Teymur İmanov, sərnişinləri Təhməz İmanov, Azad Həsənov, Leyla Aşurova, Faiq Nəcəfov, eləcə də Xəlilovun sərnişini — oğlu Qüdrət və Məmmədovun sərnişini İlkin İsgəndərov xəstəxanaya yerləşdirilib. Teymur İmanov orada keçinib.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparıldığı xəbərə
əlavə olunur.

