Muəllif:

Deyəsən Ayvazyan yuxudan indicə oyanıb

Azərbaycan Erməniləri Assambleyasının sədri Qriqori Ayvazyan bu ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. Bu barədə o, Yerevanda bugünki mətbuat konfransında bildirib. “Azərbaycan vətəndaşı olaraq və onun Konstitusiyasının əsas götürərək, prezident seçkilərində iştrak etmək hüququmu həyata keçirmək istəyirəm. Ermənilərin Azərbaycanda baş verən bütün siyasi proseslərdə iştirak etmək üçün tam hüququ var”, deyə o qeyd edib (Turan).
Bu zaman Ayvazyan qeyd edib ki, artıq onun Azərbaycan MSK-ya təqdim etməli olduğu bütün sənədləri hazırdır və əgər namizədliyi qeydə alınmasa bu hal ölkə hakimiyyətinin “bir ermənidən belə” qorxduğunun sübutu olacaq. Namizədliyi qeydiyyata alınarsa və seçkilərdə iştirak edərsə, Ayvazyan əmindir ki, seçicilərin 60%-ə yaxınının – təkcə qaçqın ermənilərin deyil, həm də Azərbaycandakı digər milli azlıqların dəstəyini alacaq. “Azərbaycan hakimiyyəti ermənilərin siyasi və iqtisadi hüquqlarını pozub və məqsədimiz bu hüquqları bərpa etməkdir”, deyə Ayvazyan bildirib.
Qeyd edək ki, Azərbaycanda Qarabağ münaqişəsinə qədər yarım milyona yaxın erməni yaşayırdı. Niyə bu qədər erməni Azərbaycanı, bu qədər də azərbaycanlı da Ermənistanı tərk etməli olub — bü barədə Ayvazyanın bir siyasətçi olaraq fikirlərini eşitmək maraqlı olardı. Əlbəttə, 1988-ci il situasiyasına qayıtsaq, Ayvazyanın prezidentliyə namizəd olması hətta normal olardı, hətta ağıllı söz danışsaydı kifayət qədər səs də yığa bilərdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174