Dəyanət Babayev 2 il şərti azadlıqdan məhrum edilib
Bu gün Nəsimi rayon məhkəməsində xuliqanlıqda ittiham olunan AXCP gənc fəalı Dəyanət Babayev haqqında hökm oxunub. Məhkəmə onu təqsirli bilərək, 2 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Prokuror məhkəmədən onun 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Turan-ın xəbərinə görə, Babayev məhkəmənin qərarını ədalətsiz hesab edir, belə ki, o, heç bir cinayət törətməyib.
Dəyanət Babayev CM 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurdu. İstintaq iddia edir ki, 7 noyabr 2012-ci il tarixində Babayev digər AXCP fəalı Rəhim Musayevlə birlikdə Bakının mərkəzində ictimai asayişi pozub. Onlar guya sərxoş vəziyyətdə vətəndaş Tofiq Səimovu təhqir ediblər və ona yüngün bədən xəsarətləri yetiriblər.
Əslində isə mülki geyimli Səlimov özünü polis əməkdaşı kimi təqdim edərək, fəallara onunla şöbəyə gəlməyi təklif edib. Fəallar vəsiqə göstərməsini tələb etdikdə, o, qaçmağa başlayıb. Gənclər bu barədə yaxınlıqdakı polis əməkdaşına bildirsələr də, özləri saxlanılıblar…

