Muəllif: Redaksiya
Devlet Bahçeli: hakim partiya dövlətin milli ruhuna zərbə vurub
MHP lideri Devlet Bahçeli bu gün çıxışı zamanı verdiyi açıqlamada Taksim hadisələrinin Baş nazir Rəcəb Tayyib Ərdoğan hakimiyyətini dalana saldığını bəyan edib.
Bahçeli bildirib ki, hakim partiya dövlətin milli ruhuna zərbə vurub.
Onun sözlərinə görə, Baş nazir Ərdoğan ölkədə heç bir siyasi rəqib tanımır və heç bir siyasi fikri qəbul etmir.
Türkiyənin bir çox şəhərlərində İstanbulun mərkəzindəki Taksim meydanında Gəzi parkında nümayişçilərə dəstək olaraq etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı ölkənin Hatay vilayətindfə bir nəfər güllə yarasından ölüb.
Bölüm: Siyasət
Oxunma sayı: 127