Muəllif:

Devid Kemeron da Soçi Qış Olimpiya oyunlarının açılışına qatılmayacaq

 Böyük Britaniyanın baş naziri Devid Kemeron 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya oyunlarının açılış mərasiminə qatılmayacağını bildirib.  «İndependent» qəzetində dərc olunan xəbərə əsasən, baş nazirin qərarı Rusiyada insan haqlarının durumu ilə bağlı deyil. «Baş nazir diplomatiya və qarşılıqlı münasibət siyasətinə inanır və boykot kimi sərt tədbirlərin  tərəfdarı deyil»,  deyə mənbə vurğulayıb.

 Qəzetin məlumatına əsasən, Soçidəki açılışa Böyük Britaniyanın mədəniyyət və idman nazirinin başçılıq edəcəyi heyət qatılacaq. Heyətin tam tərkibi hələlik  müəyyənləşdirilməyib.

Xatırladaq ki, ABŞ, Almaniya  və Fransa prezidentləri də Qış Olimpiya oyunlarının açılış mərasiminə qatılmayacaqlarını bəyan ediblər.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130