Muəllif:

Derek Hoqan bu gün Sumqayıtda olmuşdur

ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Derek Hoqan bu gün Sumqayıta səfər etmişdir, deyə səfirlikdən bildirilir. Cənab Hoqan ilk öncə Demokratiya və İnsan Haqları Mərkəzində qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşmüşdür. Sonra o, Sumqayıt İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovla görüşmüş və şəhər haqqında daha ətraflı məlumat almışdır.
Müvəqqəti işlər vəkili cənab Hoqan həmçinin Sumqayıtdakı ABŞ Təhsil Mərkəzinə baş çəkmiş və burada ABŞ mübadilə proqramlarının məzunları ilə görüşmüşdür. “Mübadilə proqramları ilə ABŞ-a səfər edən azərbaycanlı məzunların yüksək səviyyəsi məndə daim müsbət təəssürat yaradır”, deyərək canab Hoqan bildirdi. “Bu şəxslər Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında güclü bağ qurmağa kömək edirlər”.
Daha sonra müvəqqəti işlər vəkili Sumqayıtda və ətraf ərazilərdə xidmət göstərən Amerika Sülh Korpusunun könüllüləri ilə görüşmüşdür. O, Sumqayıt Texnologiyalar Parkında gəzinti ilə və Sumqayıt Gənclərinin Hüquqi Təhsil İctimai Birliyinin nümayəndələri ilə görüşlə səfərini yekunlaşdırmışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 322