Deputatın sürücüsü ölümlə nəticələnən hadisə törədib
Yanvarın 23-də Qaradağ rayonunda parlamentin hakim “Yeni Azərbaycan” Partiyasından deputatı Aydın Mirzəzadənin maşını tərəfindən törədilmiş Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. Deputata məxsus Honda markalı maşın yolu keçən Mariya Cavadovanı (1958) vurub. Qəza vaxtı deputat özü və daha bir deputat – Elman Məmmədov avtomobildə olub.
Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev bildirib ki, faktla bağlı CM-in 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Əliyev sürücünün həbs edilib-edilməməsi barədə suala inkar cavabı verib və “istintaq aparıldığını” bildirib.
Xatırladılır ki, ötən ilin sonlarında Müsavat Partiyasının 25 yaşlı üzvü Nigar Yaqublu bu maddə ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, hələ məhkəmə öncəsi istintaq dövründə həbs edilmişdi…