Muəllif:

Deputat və məmur bizneslə məşğul ola bilməyəcək

Bizneslə məşğul olan məmurlar və deputatlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, bununla bağlı komitənin sabah keçiriləcək iclasında Cinayət Məcəlləsinə əlavələr müzakirə olunacaq. Təkliflər arasında CM-yə biznes fəaliyyətindən əldə etdiyi gəlirin müsadirə olunması ilə yanaşı, azadlığın 2 ilə qədər məhdudlaşdırılması ilə bağlı ayrıca maddənin əlavə olunması var.
Cəbrayılov isə deyir ki, azadlığın məhdudlaşdırılması məsələsi CM-dən çıxarıldığına görə, başqa formada cinayət məsuliyyətinə cəlb olunma tətbiq olunacaq:
“Çünki istənilən halda həmin deputat və məmur biznes fəaliyyəti ilə məşğul olursa, bu, cinayət məsuliyyəti yaradır”.
Məsələ ilə bağlı Cəbrayılovun özünün mövqeyi bir qədər fərqlidir. O hesab edir ki, qeyd olunan ittihama görə şəxsi cinayət məsuliyyətinə yox, intizam məsuliyyətinə cəlb eləmək lazımdır:
“Elə bu da Cinayət Məcəlləsi ilə təsbit olunur. Yəni onu tutduğu vəzifədən azad etmək və vəzifədə olduğu müddətdə həmin biznesdən qazandığı vəsaiti dövlət büdcəsi üçün müsadirə etmək lazımdır. İstənilən halda qəbul olunacaq layihənin məqsədi ölkədə bizneslə məşğul olan məmur və deputatları cinayət məsuliyyətinə cəlb etməkdir”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 261