Muəllif:

Deportasiya olunan əcnəbinin Azərbaycana qayıdışı məhdudlaşdı

Deportasiya olunan əcnəbilərin Azərbaycana qayıtmasını məhdudlaşdıran dəyişiklik qəbul edilib. Milli Məclis bu günkü iclasında İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri müzakirəyə çıxarıb. Sənədin 29-cu maddəsinə edilən əlavə və dəyişikliklərə görə, məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilir. Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlmə hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılacaq.

Qaçqın statusuna malik olan və ya Azərbaycan tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan alverinin qurbanı olan uşaqlar barəsində, Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyəcək. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyəcək. Layihə səsə qoyularaq qəbul olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182