Muəllif: Redaksiya
Deportasiya olunan 5 ilə qədər bu ölkəyə gələ bilməyəcək
Azərbaycandan deportasiya olunan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə yenidən buraxılmama müddəti müəyyənləşir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 29-cu maddəsinə yeni müddəalar əlavə olunur. Əlavələrdə göstərilir ki, Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlmə hüququ 1 ildən 5 ilədək məhdudlaşdırılır. Mövcud qanunvericiliyə görə isə bu hal yalnız məhkəmələrin çıxardığı qərarlardan asılıdır.
Yeni əlavələrdə deportasiya olunanlara ölkədən çıxmaq üçün maksimum müddət 48 saat müəyyənləşir. Layihə MM xüsusi sessiyasının 13 iyun plenar iclasında müzakirəyə çıxarılacaq.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 119

