Denis İrvin: Bakıya ilk dəfədir gəlirəm və gördüklərimdən məmnunam
Mən çox sevinirəm ki, Mançester Yunaytedi Bakıda bu tədbirdə təmsil edirəm. Bakıya keçən gecə gəlsəm də, həmkarlarım artıq 1 həftədir burdadırlar. Onlar ölkənizdə qonaqpərvərlikdən ağızdolusu danışırlar. Bu fikirləri Mançester Yunaytedin əfsanəvi futbolçusu Denis İrvin bu gün keçirilən mətbuat konfransında deyib.
Apasport.az saytının məlumatına görə, uzun illər şərəfini qoruduğu, çoxsaylı titullar qazandığı, o cümlədən Çempionlar Liqasının qalibi olduğu Mançester təmsilçisinin Bakıda keçirdiyi seçimlə bağlı ölkəmizə gələn irlandiyalı keçmiş müdafiəçi gördüklərindən razılığını bildirib.
İrvin Mançester Yunaytedin Yay Futbol Məktəbinin Bakıda olan məşqçilərindən seçim prosesi ilə bağlı xoş sözlər eşitdiyini söyləyib: “Karl və Poun sözlərinə görə, burdakı startlar və oyun tərzi çox yüksək səviyyədədir. Onlar Bakıda gördüklərin çox məmnundurlar. Sözsüz ki, bu layihənin uğurlu olmağı bir neçə tərəfin dəstəyi sayəsində mümkün olur. Bu məşqlərdən ən çox həzz alan məhz uşaqlar oldu”.
Apasport.az-ın əməkdaşının da suallarını cavablandıran əfsanəvi futbolçu oyunçularımıza gələcəkdə İngiltərədə çıxış etməklə məsləhətini verib: “Futbol oynadığımız dövrdə Litva, Latviya, Ukrayna, Rusiya komandaları ilə üzləşsəm də, sizə qarşı heç vaxt oynamamışam. Bəli, bəxtim gətirib ki, Azərbaycana qarşı oynamamışam (gülür). Bakıya ilk dəfədir gəlirəm və gördüklərimdən məmnunam. Bir çox ölkələrin futbolçuların İngiltərənin I liqada oynaya bilirlər. Futbolçularınıza daha çox oyun üzərində konsetrasiya vacibdir. Əgər onlarda bu, olsa, hətta Premyer Liqada oynaya bilərlər”.