Muəllif:

Den Haaqda Ermənistan səfirliyi önündə etiraz mitinqi düzənlənəcək

Fevralın 24–də Niderlandın Den Haaq şəhərində, Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyi, Azərbaycanın Hollandiyalı Dostları, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) və Niderland Azərbaycanlı Gənclər Cəmiyyətinin (AZJN) təşkilatçılığı ilə Xocalı soyqrımını anım günü keçriləcək. Həmən gün tədbirdə iştirak edəcək insanlar Hollandiya – Azərbaycan Türk Kültür Dərnəyinin Niderlandın Den Haaq şəhərində Xocalı soyqrımına ucaltdığı abidəni ziyarət edəcəklər. Daha sonra tədbirin dərnəyin ofisində davam edəcəyi gözlənilir. Xatırladaq ki, artıq neçə illərdir ki, Niderlanda yaşayan həmyerlilərimiz və onlara dəstək verən digər Türk xalqlarının təmsiçiləri Xocalı soyqrımını məhz bu abidənin önündə qeyd edirlər. Bu il də Niderlandda yaşayan bütün Türk dilli xalqların nümayəndələrinin tədbirə qatılacağı bildirilir.

Fevralın 26-da isə Niderlandda fəaliyyət göstətən Azərbaycan — Türkiyə Küıtür dərnəyinin təşəbbüsü ilə Den Haaqda Ermənistan səfirliyinin önündə Xocalı soyqrımına etiraz mitinqi düzənlənəcək. Tədbir iştiralçılarının öncə Den Haaqdakı İnsan Haqları Məhkəməsinin önünə yığışacaqları, daha sonra isə Ermənistanın səfirliyinə qədər yürüş edəcəyi gözlənilir. Tədbirin sonunda təşkilatçılar tədbirin qətnaməsini səfirliyin nümayəndələrinə təqdim etmək fikrindədir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155