Muəllif:

Demoqrafik problem yaranıb: 112 oğlana 100 qız düşür

Demoqrafik problem yaranıb — ölkədə hər yeni doğulan 112 oğlana 100 qız düşür. Bu gün Azərbaycanda hər doğulan oğlan uşağına düşən qız uşaqlarının sayında kəskin fərqlənmə var.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu situasiyanı belə izah edir ki, normada hər doğulan 105 oğlan uşağına 100 qız düşməlidir. Azərbaycanda isə hər 112 oğlana 100 qız uşağı düşür. Bu isə demoqrafik problem kimi təfsir olunur (APA).

SN abortlar nəticəsində son iki ildə Azərbaycanda ölən olmadığını bəyan etsə də, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. Abortların müxtəlif səbəbləri var. Bəzi qadınlar ailə planlaşmalarında ikinci, üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi şəraitin, evin olmaması, işsiz olduqları göstərilir.

Bu siyahıya cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar. Bu gün selektiv abort dünyanın ən ciddi problemi sayılır. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Cinslər üzrə əhalinin ümumi sayına nisbətən 0-17 yaş arasında 1996-cı ildə oğlanlar 39,5%, qızlar 36,1%, 2001-ci ildə oğlanlar 37,6%, qızlar 36,4%, 2006-cı ildə oğlanlar 33,1%, qızlar 30,6%, 2011-ci ildə oğlanlar 29,8%, qızlar 26,0%, 2012-ci ilin birinci yarısında isə oğlanlar 29,4%, qızlar 25,6% olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 357