Dələduzluqda suçlanan Gülər Əhmədova tez-tez qışqırır?
İndi də Gülər Əhmədovanın psixoloji durumunun yaxşı olmadığı, tez-tez qışqırdığı xəbəri dövriyyəyə buraxıldı. Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşdüyü barədə APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin səhhətinin yaxşı olmadığını iddia edib: “Gülər xanım son hadisələrə görə özünü çox pis hiss edir. Dünən axşam qıcolması olub. Tez-tez ürəyi, başı ağrıyır. Mən həkimlə də söhbət elədim. Həkim də bunları təsdiqlədi”.
Vəkil Ə. Talıbov G. Əhmədovanın psixoloji durumunun da pis olduğunu söyləyib: “Tez-tez əsəbiləşib qışqırır. Psixoloji durumu yaxşı deyil”.
Son hadisələr deyəndə yəqin adının amnistiyaya düşmədiyi nəzərdə tutulur. Psixoloji durumun bərbadlığı isə pis düşünülməmiş yeni bir «nömrə» də ola bilər. Axı sabiq deputat misli görünməmiş siyasi mahiyyətli dələduzluqda ittiham olunur. Onun «psixoloji durumu», «tez-tez qışqırması» barədə deyilənlərə inanaqmı?