Muəllif: Redaksiya
Dələduzluq maddəsi Rəqsanəni hədələyir
Rəqsanə istintaqa ifadə veribş Dələduzluq maddəsi onu ciddi bir şəkildə hədələməkdədir. Onun həbs edilib-edilməyəcəyi götür-qoy edilir. Rəqsanə İsmayılova barəsində Suraxanı Rayon Polis İdarəsində başlanmış cinayət işinin materialları Bakı şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə verilib: “Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Rəqsanə İsmayılova Bakıya gələn kimi dərhal istintaqa dəvət olunub və onun ifadəsi alınıb. Onun həbs edilib-edilməyəcəyi ilə bağlı qərarı isə istintaq verə bilər”.
Sənətçinin səhhətindəki problemlərlə əlaqədar onun barəsində elan olunmuş axtarışa xitam verilib. Rəqsanə İsmayılova CM 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 328