Muəllif:

Dələduz tikinti şirkətinin rəhbərinin əmlakı özünə qaytarıldı

Dələduzluqda ittiham olunan “Nəcibə” MMC-nin təsisçisi və direktoru Asif Ələmovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Asif Ələmov CM 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.
O, 2006-cı ildə Bakı şəhərində “GEN” MMC-nin direktoru Elbrus Əliyevlə əlbir olaraq 40-dan çox vətəndaşın ev tikmək adı ilə 240 min 850 manatını mənimsəməkdə təqsirləndirilib.
Elbrus Əliyev həbs edildikdən sonra Asif Ələmovun da bu cinayət əməlində iştirakı üzə çıxıb. “GEN” MMC-nin direktoru Elbrus Əliyev hazırda məhkumluq həyatı yaşayır. Vətəndaşların külli miqdarda vəsaitini mənimsədiyi sübut olunub. Onunla əlbir olaraq vətəndaşların külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilən daha bir neçə nəfər də hazırda məhkumdur.
Asif Ələmov 2010-cu ildə Elbrus Əliyevin cinayət işi üzrə keçirilən prosesdə təqsirli bilinib və Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sonrakı araşdırmalar zamanı onun daha bir neçə dələduzluq cinayəti üzə çıxıb və onun barəsində olan cinayət işi yenilənib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətləri də əlavə olunmaqla 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Həmin hökmdən narazı qalan Asif Ələmov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olmasını əsas gətirib və barəsində çıxarılan hökmün ləğv edilməsini istəyib.
Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Asif Ələmovun apelyasiya şikayəti qismən təmin edilib və birinci məhkəmə instansiyasının hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Asif Ələmovun barəsində çıxarılan hökmün mülki iddia hissəsi ləğv edilib. Məhkəmə Asif Ələmovun əmlakın müsadirə olunması ilə bağlı hissənin hökmdən xaric edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 219