Muəllif:

Dələduz İran vətəndaşının şikayəti təmin olunmayıb

Dələduzluq yolu ilə külli miqdarda pul mənimsəyən İran vətəndaşının şikayəti təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsində dələduzluq yolu ilə külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən İran vətəndaşı Abidi Məmmədkazım Mahmudun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Prosesdə elan olunan qərara əsasən, onun apellyasiya şikayətinə rədd cavabı verilib.

Abidi başqa bir nəfərlə şərikli “Milli Maşın Company” MMC-ni alıblar. Daha sonra Abidi şərikindən həmin şirkətin binasının yerləşdiyi torpağı özəlləşdirmək üçün 650 min manata alıb. Lakin torpağı özəlləşdirməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abidi 11 il müddətinə azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142