Muəllif:

Dekabrın 25-də özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənov bu gün vəfat etdi

Dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov bu gün vəfat eib. Zaur Həsənov bir qədər öncə müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. SN Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya  Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

5 saylı şəhər Klinik Xəstəxanasında olan müxbirinin verdiyi xəbərə görə, artıq Z. Həsənovun meyiti ailəsinə təhvil verilib. 5 saylı şəhər Klinik Xəstəxananın baş həkimi Ziya Əsədov  bildirib ki,  Həsənov saat 22.25-də dünyasını dəyişib: “Biz onun həyatını xilas etmək üçün səy göstərdik. Sadəcə, yanıq xəsarətləri ağır idi və bütün səylərimizə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmadı”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 636