Muəllif:

«Dədə Qorqud» proqramı türk tələbələrə maneəsiz təhsil imkanı yaradacaq

Türk ölkələrindən olan tələbələr maneəsiz təhsil ala bilsinlər. Belə bir təkliflə 4 ölkənin parlamentlərinə müraciət olunub. Türk ölkələrindən olan tələbələrinin maneəsiz təhsili üçün «Dədə Qorqud» təhsil proqramı layihəsi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinə təqdim olunub. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov bildirir ki, ölkə parlamentləri təhsil proqramına müvafiq olaraq qanunvericilikdə dəyişiklik etsələr, «Erasmus» proqramı kimi, türk ölkələrinin də tələbələri maneəsiz təhsil hüququ alacaqlar.
Həsənovun sözlərinə görə, TürkPA-ya daxil olan ölkələrin birində təhsil alan tələbənin diplomunun digərlərində tanınması, təhsilinin qalan hissəsini başqa türkdilli ölkədə davam etdirməsi və digər məsələlər proqramda öz əksini tapır. Sözügedən «Dədə Qorqud» təhsil proqramı bu il İstanbulda keçirilən TürkPA Asambleya Şurasında təsdiq olunub.
«Dədə Qorqud» proqramının təsdiq olunacağı təqdirdə, Azərbaycanlı tələbələri Türkiyə, Qazaxıstan və Qırğızıstanda təhsil almaq üçün geniş imkan əldə edə bilərlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 192