Muəllif:

Dədə Qorqud parkı bəyənildi

Bu gün Bakıda Dədə Qorqud parkının açılış mərasimi olub və prezident İlham Əliyev mərasimdə iştirak edib. Prezident Heydər Əliyev hələ 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə «Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası» tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında» Fərman imzalamışdı. Sonra bu məsələ təxirə düşdü. Məsələnin üzərinə bir neçə ildən sonra qayıdıldı. Prezident İlham Əliyevin «Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında» 2007-ci il 2 aprel tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə həmin Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırıldı. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınmışdır. Parkın mərkəzində «Kitabi-Dədə Qorqud» abidəsi ucaldılmışdır. Abidənin müəllifi Əməkdar Rəssam, heykəltəraş Görüş Babayevdir.

Prezident İlham Əliyev mərasimdə çıxış etmişdir. Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Azərbaycan MEA müxbir üzvü, professor Kamal Abdullayev və Xalq Rəssamı Görüş Babayev çıxış edərək dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar. Prezident abidənin üzərindəki örtüyü götürmüş, xatirə şəkli çəkdirilmişdir.

Parkın 6 hektarlıq ərazisinin yarısında göl yaradılmışdır. Bu nadir gölün inşasında ən son yeniliklərdən istifadə edilmişdir. Quraşdırılan texnologiyaların müasirliyinə və mürəkkəbliyinə görə belə bir göl ilk dəfə Azərbaycanda istifadəyə verilir. Parkda şəlalə yaradılmış, gəzinti üçün körpülər inşa edilmişdir. Prezident parkda yaradılmış şəraitdən razılığını bildirmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 284