Muəllif:

“Dədə Qorqud” boyları uşaqlara disklə birlikdə təqdim edilir

İlk dəfə olaraq “Dədə Qorqud dastanları” uşaqlar üçün sadələşdirilmiş formada və bütün boyları ilə çap edilib. “Hədəf Nəşrləri” mətbuat xidmətindən verilən məlumata görə, “Dədə Qorqud dastanları” kitab dəsti adı keçən nəşriyyatın “İNCİ” uşaq ədəbiyyat silsiləsinə aiddir və bütün hüquqları qorunur.

5-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan “Dədə Qorqud dastanları” dəsti 12 boyu əhatə edən 13 kitab və səsləndirilmiş elektron jurnallı CD-dən ibarətdir. Dəst bu ktiablardan ibarətdir: “Buğac boyu”, “Salur Qazanla yağılar boyu”, “Bamsı Beyrəyin əsir düşməsi boyu” (1-ci hissə), “Bamsı Beyrəyin əsirlikdən qaçması boyu” (2-ci hissə), “Uruzun dustaqlığı boyu”, “Dəli Domrul boyu”, “Qanturalı boyu”, “Yeynək boyu”, “Basat və Təpəgöz boyu”, “Bəkil oğlu İmran boyu”, “Uşun oğlu Seyrək boyu”, “Salur Qazanın dustaq olduğu boy” və “Dış Oğuzun İç Oğuza dönük çıxması boyu”.

“Kitabi Dədə Qorqud” boylarının uşaqlar üçün sadələşdirilməsi və mətnin qısaldılması ilə yanaşı, sözügedən məhsul özündə 200-dən çox xüsusi sifarişlə çəkilmiş rəsmləri əks etdirir. Bu rəsmlərdə dastanların süjet xəttinə uyğun səhnələr təsvir olunub və uşaqların marağını daha da artırır.

Kitab dəstinin hazırlanmasına ümumilikdə 2 ilə yaxın müddət sərf olunub. Redaktor və uşaqlar üçün sadələşdirən Şəmil Sadiq, naşir Müşfiq XAN, rəssam-Vasif Səftərovdur. Səsləndirmə əməkdar artist Eldost Bayrama, qrafika isə Teymur Fərziyə aiddir.

.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 4,00 из 10)
Oxunma sayı: 1094