Muəllif:

Daşkəsəndə 2 tona yaxın çətənə kolu məhv edilib

Daşkəsəndə 2 tona yaxın çətənə kolu məhv edilib. Bu narkotik vasitələr yandırılaraq zərərsizləşdirilib. Yerli polisin əməliyyat-axtarış tədbirləri nəticəsində bir hektar ərazidə çətənə kolları aşkarlanıb. Mütəxəssis rəyindən sonra bəlli olub ki, həmin narkotik vasitələrə heç bir aqrotexniki qulluq göstərilməyib. Yəni çətənə kolları yabanı halda bitib. Narkotik tərkibli bitkilər yandırılma yolu ilə məhv edilib.
Rayon Polis Şöbəsinin rəis müavini Haqverdi Əkbərov bildirib ki, «Xaş-xaş 2013″ tədbirlər planına əsasən, rayonun Əmirvar kəndi ərazisində 1 hektar ərazidə 2 tona yaxın yabanı halda bitmiş çətənə kolları yığılaraq yandırılma yolu ilə məhv edilib».
Bu kəndi rayon mərkəzindən bir qədər aralıda, dağlıq ərazidə yerləşir. Həmin narkotik vasitələrin yandırılması isə günün sonunadək davam edib.
Çətənə kollarının çəkisi ilə yanaşı, hündürlüyü də diqqət çəkib. Belə ki, kolların minimum hündürlüyü 2 metrə yaxın olub.
«Xaş-Xaş 2013» əməliyyatı qarşıdakı günlərdə Daşkəsənin Dəstəfur və Qabaqtəpə kəndlərində davam etdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 187