Muəllif: Redaksiya
Daha bir yol bağlandı
Bakıda daha bir yol bağlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxtın Heydər Əliyev prospektinin “Şəfa” stadionun qarşısından keçən hissəsində ikinci dərəcəli yollar hər iki istiqamətdə avtomobillərin hərəkəti üçün bağlanıb.
Piyada keçidinin tikintisinə görə bağlanan yolların nə vaxt açılacağı məlum deyil.
Öz tərəfimizdənsə qeyd etmək istərdik ki, belə getsə, deyəsən, şəhərdə xəndək əlindən tərpənmək olmayacaq.
Bölüm: Xəbərlər
Oxunma sayı: 108