Muəllif: Redaksiya
Daha bir AKP-li deputat istefa verdi: indiki durumdan qorxub…
Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) daha bir millət vəkili istefa verib. Burdur millət vəkili Hasan Hami Yıldırım istefasını partiyasındakı antidemokratik mühitlə əlaqələndirib. O, şəxsi haqq və hüqüqların, hüqiqi dövlət anlayışının və qanunun aliliyi prinsiplərinin pozulduğunu və bundan qorxduğunu ifadə edib.
Hasan Yıldırım bundan əvvəl də “tvitter” sosial şəbəkəsində “prokuror Muammer Akkaşa təzyiq edilməsi qəbuledilməzdir, hüququn aliliyini qoruyan dövlətdə belə təzyiqlər xoş qarşılana bilməz” yazmaqla etirazını bildirmişdi.
Bölüm: Siyasət
Oxunma sayı: 142