Dağları, daşları yar da gəl!
Bəzi həmkarları kimi Rövşən Civişov da Türkiyə musiqiçiləriylə işbirliyi qurub. Türkiyədə sözləri və musiqisi Esmiralda xanıma məxsus olan yeni «Dağları, daşları yar da gəl!» adlı mahnını hazırlayıb: «Mahnının mövzusu dahi Azərbaycan şairi Nizami Gəncəvinin qəhrəmanı Fərhadın Şirinə olan məhəbbətindən, hisslərindən, əzabları və iztirablarından bəhs edir».
Onu da qeyd edib ki, Tarkanın musiqiçisi Mehmet Akatay və başqa tanınmış musiqiçilər mahnını hazırlayarkən onu müşayiət ediblər:
«Mahnının aranjimanı müəllifi Kənan Yılmaza aiddir. O, Türkiyənin bir çox sənətçilərinin mahnılarını aranjiman edib. Artıq həmin musiqiçilərin sözlərinə görə, Türkiyədə bu mahnının heyranları da var. Əminəm ki, repertuarımda ən sevilən mahnılardan biri olacaq. Mahnının türk versiyası da hazırlanacaq».