Muəllif: Redaksiya
Cüdoçy Elxan Məmmədov dünya çempionu oldu
Cüdoçy Elxan Məmmədov Rio de Janeyroda cüdo üzrə dünya çempionatında uğur qazanaraq dünya çempionu kürsüsünə yüksəlməyi bacarmışdır. Bəlli olduğu kimi, yarışlar davam edir və bu xoş idman hadisəsi yarışların altıncı günündə yer alıb. Azərbaycan yığmasının heyətində Orxan Səfərovun (60 kq) “bürünc” qazanmasından sonra Elxan Məmmədov da fəxri kürsüyə yüksəlməyi bacarıb.
100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla Dominik Dyuqassen (Seyşel), Or Sasson (İsrail), David Alarza (İspaniya) və Takaşi Onoya (Yaponiya) qalib gələrək, finala yüksəlib.
Qızıl medal uğrunda görüşdə isə həmyerlimiz hollandiyalı Henk Qrola qalib gələrək, dünya çempionu olub.
Bölüm: Idman
Oxunma sayı: 346