Muəllif: Redaksiya
Cüdoçularımız Səlanikdə 7 medal qazandılar
Yunanıstanın Səlanik şəhərində keçirilən cüdo üzrə İliadis kubokuna yekun vurulub. 20 ölkənin qatıldığı yarışda Azərbaycan yığması 7 medal qazanıb.
Apasport.az saytının məlumatına görə, millimizin heyətində ən yaxşı nəticəni Mehman Sadıqov (55 kq) göstərib. Bütün görüşlərində ipponla qalib gələn həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, yalnız finalda uduzan Cəlil Cəlilov (66 kq) gümüş medalla kifayətlənib. Telman Vəliyev (60 kq), Afiq Səfərli (73 kq), Məhəmmədəli Mehdiyev (81 kq), Firudin Dadaşov (90 kq) və Andrey Fatiyev (+100 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, millimiz komanda hesabında 6-cı yeri tutub.
Bölüm: Idman
Oxunma sayı: 132