Muəllif: Redaksiya
Cüdoçularımız Mayamidə 1 qızıl, 1 gümüş qazandılar
Mayami şəhərində (ABŞ) cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatının ilk günündə cüdoçularımız uğurlu çıxış edib. Azərbaycan Cüdo Federasiyasından bildirilir ki, bizimkilər 1 qızıl və 1 gümüş medal qazanıblar.
Komandamıza ilk qızıl medalı 50 kq çəki dərəcəsində mübarizə aparan Natiq Qurbanlı qazandırıb. Qızlar arasında isə 40 kq Leyla Əliyeva fərqlənib. O yalnız Yaponiya təmsilçisindən geri qalaraq ikinci olub.
Yeniyetmə cüdoçularımız ilk dəfədir ki, bu çempionatda medal qazanır. Artıq iki cüdoçumuz 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb.
Dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə apardığı yarış avqustun 11-də başa çatacaq.
Bölüm: Idman
Oxunma sayı: 142