Muəllif:

Çöhrəqanlı səfərə hazırdır, qalır Anavətənə viza almaq

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Azərbaycana səfərə hazırlaşırŞ qalır viza almaq. O, “Amerikanın səsi”nə müsahibədə viza üçün Azərbaycanın Vaşinqton konsulluğuna müraciət etdiyini, lakin hələ cavab almadığını deyib.
Azərbaycana buraxılmamaq ehtimalından danışan GAMOH lideri 2006-cı ilin iyun ayında Bakıya son səfəri zamanı 4-5 saat şəhərdə olduqdan sonra polis tərəfindən saxlandığını və heç bir izahat verilmədən deportasiya edildiyini bildirib. Lakin milli-mədəni hüquqlar uğrunda mübarizə aparan lider daha sonra belə bir ölçüyə İran və Rusiyanın təsiri altında əl atıldığının öyrənildiyini deyib.
Azərbaycana səfərinin məqsədləri və məramlarına açıqlıq gətirən Mahmudəli Çöhrəqanlı mənəvi dəstəyə ehtiyacı olduğunu bildirib. “Mənəvi gücü Azərbaycanda deyil, Moskvada rusdan, Tbilisidə gürcüdən və ya Əbu Dabidə ərəbdən almalıyam?”, — o sual edib.
“Mən Azərbaycan xalqının üzünə baxıb, səsini dinlədikdə dincəlirəm, ruh alıram”, — Çöhrəqanlı fikrini izah edib.
M. Çöhrəqanlı Azərbaycan rəsmiləri, iqtidar, müxalifət və QHT təmsilçiləri ilə Güney Azərbaycan problemlərini müzakirə etmək istədiyini bildirib.
İran Azərbaycanında milli hərəkatın ilk liderlərindən olan Mahmudəli Çöhrəqanlı basqılardan sonra 2002-ci ildə vətəni tərk etməyə məcbur olub.
GAMOH lideri deyib ki, Güneydə hiss edilən oyanış, titrəyiş, hərəkat onu məsud edir.
“Regionda vəziyyət büsbütün dəyişib” deyə o, mübarizənin şanslarını yüksək qiymətləndirib.
İranın yenicə hakimiyyət başına gələn prezidenti Həsən Ruhaninin dəyişiklik vədlərinə gəlincə, o, bunun arxasında yalandan başqa heç bir şeyin dayanmadığını və onun əsl simasının zamanla üzə çıxacağını bildirib. -03D-

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 177