Muəllif:

ÇL-də ispan-alman qarşıdurması

Avropanın ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyön şəhərində baş tutan tədbirdə finala vəsiqə uğrunda qarşılaşacaq rəqiblər müəyyənləşib.
Futbol həvəskarları yarımfinalda 2 ölkə təmsilçilərinin duelinə tamaşa edəcəklər. İlk oyunlara almaniyalılar, cavab matçlarında isə pireneylilər meydan sahibi kimi çıxış edəcəklər. 2 həftədən sonra ilk matçlarda “Bavariya” “Barselona”nı, “Borussiya” isə “Real”ı qəbul edəcək. Püşkatma zamanı final oyununun meydan sahibinin kimliyinə də aydınlıq gəlib. Londonun Uembli stadionundakı qarşılaşmada nominal meydan sahibi “Borussiya” – “Real” cütünün qalibi olacaq.

“Bavariya” (Almaniya) — “Barselona” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya) — “Real” (İspaniya)

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında isə ilk görüşlər aprelin 23-24-ü, cavab oyunları həmin ayın 30-da və mayın 1-də olacaq.
Bu gün Avropa Liqasının da yarımfinal mərhələsinin püşkü atılıb. Tarixində ilk dəfə Avroliqanın yarımfinalına çıxan Türkiyə təmsilçisi “Fənərbaxça”nın bəxtinə “Benfika” düşüb.
Püşkə əsasən, türkiyəlilər Lissabon komandası ilə ilk oyunda meydan sahibi olacaq. Avroliqanın qalibi olmağa iddialı “Çelsi”nin isə münasib rəqib olan “Bazel”i keçmək şansı böyükdür.

“Fənərbaxça” (Türkiyə) – “Benfika” (Portuqaliya)
“Bazel” (İsveçrə) – “Çelsi” (İngiltərə)

Yarımfinal oyunları aprelin 25-də və mayın 2-də, final matçı isə mayın 15-də Hollandiyadakı “Amsterdam Arena”da keçiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 184