Muəllif:

Çitada azərbaycanlı iş adamı güllələndi

Çita şəhərində (Şərqi Sibir) azərbaycanlı sahibkar evinin girişində odlu silahla öldürülmüşdür. RİA-Novosti-yə istinadən, hadisə səhər saatlarında baş verib. Zabaykalye Diyarı İstintaq Komitəsinin yaydığı ilkin məlumata görə, iki naməlum şəxs 39 yaşlı azərbaycanlı iş adamını evin qarşısında gözləyiblər.

Qatillər evdən çıxan iş adamının baş nahiyəsinə zərbə endirib, ondan pul tələb etməyə başlayıblar. Yaranmış insident zamanı naməlum şəxslər ona atəş açıblar. Döş nahiyəsindən güllə yarası alan azərbaycanlı yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlandığı, araşdırma aparıldığı, şahidlərin dindirildiyi xəbər verilsə də, öldürülən şəxsin adı hələlik açıqlanmır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183