Muəllif:

Çimərliklərin monitorinqi: harada dənizə baş vurmaq olar?

Çimərliklərində aparılan monitorinqlərin nəticələri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildiriri ki, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və Amburan çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahilboyunda beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb. Sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə son 6 il ərzində bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb. Tədqiqatların nəticələrinə görə, bu çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 370