Muəllif: Redaksiya
Cibdən tiryəklə yanaşı saxta yüzlük də çıxarılır
DİN AXCP Sumqayıt şəhər təşkilatının üzvü Daşqın Məlikovun həbsi ilə bağlı məlumat yayaraq bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Daşqın Məlikovdan 1,49 qram tiryək və 1 ədəd saxta 100 manatlıq əskinas götürülüb. Tutulanın cibindən narkotik çıxarıldığı adiləşmiş praktika idi, indi saxta yüzlük… Bu da artıq təəccüb doğurmamalıdır, çünki ölkədə vətəndaşa saxta əskinaslar sırımaq cəhdləri ara vermir, son zamanlar bu çirkin işlə məşğul olan xeyli adam ifşa edilmişdir.
Daşqın Məlikov barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Bölüm: Xəbərlər
Oxunma sayı: 117