Muəllif:

Ceyranbatan su anbarının perimetri boyunca mühafizə sistemi yenidən qurulub

Bakı şəhəri və Abşeron yarımadasını içməli su ilə təchiz edən Ceyranbatan su anbarının perimetri boyunca yüksək dəqiqliyə malik mühafizə sisteminin qurulması başa çatıb. Bu barədə APA-ya sistemi qurmuş “Safe Life” şirkətinin mühəndisi Anar Quliyev bildirib.

Quliyev deyib ki, mühafizə sistemi 27 km məsafəni əhatə etməklə Ceyranbatan su anbarını tam bağlayıb: “Bu sistem gecə, gündüz, hər cür hava şəraitində müşahidə-nəzarət imkanı verən kameralardan, xəbərdaredici sensorlardan və mühəndis çəpərlərindən ibarətdir. Sistemə hər hansı bir toxunuş olduqda kameralar dərhal o nöqtəyə yönəlir və həmin ərazi işıqlandırılır. Operatora məlumat verilir. Eyni zamanda birinci və ikinci mühəndis çəpərləri arasında elektromaqnit sahəsi yaradılıb və ora daxil olan bütün canlılar barədə anında məlumat əldə etmək olur”.

Mühəndisin sözlərinə görə, anoloji sistem öncə Mingəçevir su anbarının ətrafında qurulub. Hazırda Şəmkir su anbarının ətrafında da bu sistemin qurulması istiqamətində işlər aparılır. Gələcəkdə digər su anbarları və strateji obyektlərin ətrafında bu tip sistemlərin qurulması nəzərdə tutulur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 222