Muəllif: Redaksiya
Ceyms Uorlikdən erməniləri məmnun edən açıqlama
Ceyms Uorlik Xankəndində deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç bir aidiyyəti yoxdur. Bu məlum erməni tezisidir və Uorlik də onu təkrarlayıb.
Novosti Armeniya saytına istinadən, bu barədə Xankəndidə keçirilən brifinqdə Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bəyan edib. Brifinq həmsədrlərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri çərçivəsində keçirilib.
Uorlikin sözlərinə görə, əgər Türkiyə hansısa rol oynamaq istəyirsə, onda regionda sabitliyin, sülhün və çiçəklənmənin bərqərar olması məqsədini güdərək hamı üçün pozitiv olmalıdır.
Bölüm: Siyasət
Oxunma sayı: 124