Muəllif:

Ceyms Uorlik: «Piti yedim. Toğlu əti mükəmməl idi!»

Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik iki gün Bakıda olub. O, dövlət başçısı İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüş keçirib. Tvitterdəki nəşrlərinə görə, Uorlik səmərəli görüşlər keçirir. Belə ki, onun ilk tviti belədir: “Azərbaycanın xarici işlər naziri ilə əla nahar etdim – piti yedim. Toğlu əti mükəmməl idi!”.
Diplomatın ikinci tviti belədir: Bakıda belə gözəl xalçaları haradan tapa bilərəm?.. Ənənəvi Azərbaycan xalçaları, əl işi…”.
Uorlikin səfər çərçivəsində Qarabağ nizamlanmasına da diqqət yetirəcəyinə ümid etmək qalır, deyə Turan kinayə ilə qeyd edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 222