Muəllif:

Ceyms Uorlik «Amerikanın səsi»nə müsahibəsində mahiyyətdən danışmayıb

Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik «Amerikanın səsi»nin Ermənistan bölməsinə müsahibəsində münaqişənin mahiyyətindən, işğalın aradan qaldırılmsının vacibliyindən, beynəlxalq hüquqa hörmətdən, işğalçı Ermənistanın intizama dəvət edilməsindən deyil, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki «gərginlikdən» danışıb. narahatdır. Uorlik deyir:

«Minsk Qrupu tərkibində təmas xəttinə baş çəkmək imkanım oldu. Təmas xəttində gərginlik var. Düşünürəm ki, bizim etmək istədiyimiz aktiv hərbi əməliyyatların yenidən alovlanmasının qarşısını almaqdan ibarətdir. Burada müntəzəm olaraq insidentlər baş verir və insanlar həyatlarını itirirlər».
Bölgəyə səfəri barədə danışan Uorlik deyib ki, buradakı vəziyyəti bütün tərəflərdən öyrənmək istəyib, bütün tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq istərdi və heç bir tərəf münaqişənin yenidən bərpa olunmasını istəmir: «Münaqişənin bərpası ən pis haldır. Sözsüz ki, biz bir daha regionda bu kimi münaqişəni görmək istəməzdik. Mən davamlı sülhə gətirib çıxaran konstruktiv yolu tapmaq üçün bütün tərəflərlə birgə işləmək niyyətindəyəm».
Amerikalı həmsədrin sözlərinə görə, bütün tərəflər əhalisini müharibəyə deyil, sülhə hazırlamalıdır: «Bütün tərəflər təkcə münaqişənin həllini tapmaq üzərində işləməməli, həmçinin gələcəkdə böyük sülhə və firavanlığa gətirib çıxaracaq həll yolu üçün əhalini maarifləndirməlidir».
C.Uorlikin sözlərinə görə, irəliyə getmək üçün tərəflərin siyasi iradəsi vacibdir: «Və bu o deməkdir ki, bütün tərəflər kompromisləri qəbul etməlidir».
Həmsədr köhnə sözləri təkrarlayaraq deyib ki, münaqişənin aktivləşməsi nə Azərbaycan, nə də Ermənistan xalqının maraqlarına cavab verir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 137