Muəllif: Redaksiya
Çətənə toxumunu ona «iranlı dostları» verib
Göygöl rayonunun Zurnabad kəndində yerləşən meşəlikdə narkotik tərkibli çətənə kolu əkib becərən şəxs saxlanılıb. Rayon sakini, 44 yaşlı Araz İsayev Zurnabad kəndindəki meşəlikdə çətənə kollarına qulluq göstərərkən tutulub. Məlumata görə, meşəlikdən xüsusi aqrotexniki qaydada becərilən çəkisi 2,304 kiloqram olan 24 ədəd çətənə kolu aşkarlanıb. Saxlanılan Araz İsayev bildirib ki, o çətənə kollarını öz istifadəsi üçün becərirmiş və toxumları İrandan olan dostlarından alıb.
Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə Araz İsayev 9 il məhbusluq həyatı yaşayıb və bir il olar azadlığa çıxıb. Faktla bağlı Polis Şöbəsində cinayət məcəlləsinin 237.1 maddəsi ilə cinayət işi açılıb.
Bölüm: Kriminal
Oxunma sayı: 363

