Çempionlar Liqasının 1/8 finalına yüksələn bütün komandalar bəllidir
UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Son turda 8 oyun keçirilib.
E qrupunda «Şalke» doğma meydanda «Bazel»i qəbul edib. 2:0 hesabı ilə qələbə qazanan almanlar qrupda 10 xalla ikinci yeri tutmaqla 1/final mərhələsinə vəsiqə qazanıblar. «Çelsi» 12 xalla qrup lideri olub.
F qrupunda «Marsel» Dortmund «Borussiya»sına məğlub olub — 1:2.
«Arsenal» isə səfərdə «Napoli» ilə qarşılaşıb. Oyun italyanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin komandalar arasında iki oyunun nəticəsi eyni olduğundan top fərqinə görə üstün olan ingilislər qrupda ikinci yeri tutaraq növbəti mərhələyə yüksəliblər.
G qrupunun lideri «Atletiko» Madrid «Porto»nu (2:0), «Avstriya» isə «Zenit»i (4:1) məğlub edib.
H qrupunda «Milan» doğma meydanda «Ayaks»ın müqavimətini qıra bilməyib — 0:0. «Barselona» isə «Seltik»i darmadağın edib — 6:1.
Beləliklə, bu oyunlardan sonra Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələn bütün komandalar məlum olub.
Digər oyunların nəticələri:
E qrupu
«Şalke» (Almaniya) — «Bazel» (İsveçrə) — 2:0
«Çelsi» (İngiltərə) — «Styaua» (Rumıniya) — 1:0
F qrupu
«Marsel» (Fransa) — «Borussiya» (Dortmund, Almaniya) — 1:2
«Napoli» (İtaliya) — «Arsenal» (İngiltərə) — 2:0
G qrupu
«Atletiko» (Madrid, İspaniya) — «Porto» (Portuqaliya) — 2:0
«Avstriya» (Avstriya) — Zenit» (Rusiya) — 4:1
H qrupu
«Milan» (İtaliya) — «Ayaks» (Hollandiya) — 0:0
«Barselona» (İspaniya) — «Seltik» (Şotlandiya) — 6:1
1/8 final mərhələsinə yüksələn bütün komandalar:
«Mançester Yunayted» (İngiltərə)
«Bayer» (Leverkuzen, Almaniya)
«Real» (Madrid, İspaniya)
«Qalatasaray» (Türkiyə)
PSJ (Fransa)
«Olimpiakos» (Yunanıstan)
«Bavariya» (Almaniya)
«Mançester Siti» (İngiltərə)
«Çelsi» (İngiltərə)
«Şalke» (Almaniya)
«Borussiya» (Almaniya)
«Arsenal» (İngiltərə)
«Atletiko» (Madrid, İspaniya)
«Zenit» (Rusiya)
«Barselona» (İspaniya)
«Milan» (İtaliya)