Muəllif:

Çempionatın həlledici oyunları gələn həftə start götürür

Futbol üzrə Azərbaycan çempionatında təsnifat mərhələsinə yekun vuruldu. Mərhələnin son turunun bütün qarşılaşmaları eyni gündə baş tutub. Təsnifat mərhələsinin məhz son turundan sonra birinci “altılıq”da mübarizə aparacaq altıncı komanda müəyyənləşib. Bu, “Bakı”nin eyniadlı komandasıdır.

Qeyd edək ki, 2009-cu ildən keçirilən “altılıq” iştirakçıları arasında ilk dəfədir “Xəzər Lənkəran” çempionatın final mərhələsinə vəsiqə qazana bilməyib. Halbuki cənublular bunadək “altılığ”a rahat düşərək, mükafatçılardan biri olurdu. Düzdür, 2010-cu ildə 4-cü olan “Xəzər Lənkəran” sonrakı 2 ildə gümüş medala yiyələnmişdi. İndi isə demək olar ki, Lənkəran təmsilçisi çempionatı mükafatsız başa vuracaq. İkinci “altılıq”da mübarizə aparacaq cənubluların hər halda, avrokuboklara çıxmaq şansı qalır.

“Altılığ”a son vəsiqəni qazanan “Bakı” isə ardıcıl 4-cü dəfə həlledici mərhələdə oynayacaq. Baklılılar 2010-cu ildə çempionatın gümüş medalını qazansa da, sonrakı 2 yarışda hazırda qərarlaşdığı 6-cı olub.

Dünən çempionatın XXIII turun oyunlarının vaxtı və keçirilmə yeri açıqlanıb. Məlumata görə, final mərhələsində ilk tur 3 gündə keçiriləcək. Belə ki, “Sumqayıt”la “Rəvan” ev oyunlarını eyni stadionda – “Bayıl Arena”da keçirdiyindən, matçlar ayrı-ayrı günlərə salınıb. Bununla, final mərhələsinə növbəti həftənin ilk günündə “Sumqayıt” – “Turan” görüşü ilə start veriləcək. Sonrakı 2 gündə ilk və ikinci “altılıq” matçları bir keçiriləcək.
Medallar uğrunda mübarizə isə “Bakı” – “Neftçi” oyunu ilə başlanır.

11 mart
16:00. “Sumqayıt” — “Turan”
“Bayıl Arena” stadionu
12 mart
15:00. “Bakı” – “Neftçi”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
15:00. “Rəvan” — “Xəzər Lənkəran”
Bakı. ”Bayıl Arena” stadionu
17:00. “Simurq” – “Qarabağ”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
13 mart
15:00. “Qəbələ” – “İnter”
Qəbələ. Şəhər stadionu
“Kəpəz” – AZAL
Bakı. “Dalğa Arena” stadionu.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181