Cəmil Quliyev İTV-nin yeni baş direktoru oldu
Cəmil Quliyev İTV-nin yeni baş direktoru oldu.O deyib ki,
İTV-nin baş direktoru kimi əsas məqsəd azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlər və konstruktiv dialoq olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İTV-nin yeni baş direktoru Cəmil Quliyev deyib.
Onun sözlərinə görə, sadalanan ideyalar əsasında İTV-də ictimai-siyasi verilişlərlə yanaşı, mədəniyyətə, incəsənətə geniş yer veriləcək. «Çünki hər şey mədəniyyətdən başlayır. Mədəniyyət təkcə teatr, kino deyil, ümumiyyətlə, bu məfhum cəmiyyəti idarə etməlidir», — o deyib.
Quliyev İTV-də kadr islaahatları barədə bildirib ki, bunu zaman göstərəcək. «Peşəkarlıq məsələsi əsas götürüləcək. Çünki televiziya elə bir məfhumdur ki, burada peşəkarlar çalışmalıdırlar. Onlar sağlam düşüncəli və mədəni insanlar olmalıdır», — o deyib.
Ouliyev qeyd edib ki, «Mədəniyyət kanalı» öz fəaliyyətini davam etdirəcək. «Yəqin ki, ora yeni rəhbər seçiləcək. Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqında isə icraçı katibəm. Bu fəaliyyətimi davam etdirəcəyəm».