Cəmil Həsənli Rəsul Quliyevin telefon leksikonuna şərh verməyib
Cəmil Həsənli Rəsul Quliyevin telefon leksikonuna şərh verməyib, yalnız bunu deyib ki, «Rəsul Quliyevin telefon danışıqlarına və fikirlərinə şərh vermək istəmirəm. O, özü izahat versin”.
Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbərin mediada yayılan telefon danışığına şərh verərəkən deyib. C. Həsənli onu da qeyd edib ki, başqasının telefon söhbətini dinləmək yaxşı iş deyil. O bildirib ki, bu məsələ məhkəmə predmetidir və sözügedən şəxslər məhkəməyə müraciət etməlidirlər.
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbər arasında telefon danışığının səs yazı yayılıb. Söhbətdən bəlli olur ki, telefon danışığı Milli Şuranın sentyabrın 22-də keçirilən mitinq zamanı aparılıb. Telefon danışığında R. Quliyev prezidentliyə namizəd Cəmil Həsənlini, “El” hərəkatının sədri Eldar Namazovu, keçmiş daxili işlər naziri İsgəndər Həmidovu təhqir edib, mitinqin təşkilatçılığına istehza edib.
Rəsul Quliyev Milli Şuranın son mitinqi ilə bağlı müxalifətin ünvanına təhqiramiz ifadələr işlədib. Söhbətdən bəlli olur ki, telefon danışığı Milli Şuranın sentyabrın 22-də keçirilən mitinq zamanı aparılıb.
Telefon söhbəti Rusiyanın REX İnformasiya Agentliyi tərəfindən açıqlanıb.
Telefon danışığını olduğu kimi təqdim edirik:
Rəsul Quliyev: Salam Sülhəddin.
Sülhəddin Əkbər: Salam, salam necəsiz?
Rəsul Quliyev: Yaxşıyam sağ ol. Ayə siz orda nə multfilm düzəltmisiniz, ə, ayıb-ayıb. Sən öl, kefsiz e. Ə, multfilmdi e, nastayaşi. Sən çox düzgün eləmisən gedib çıxmamısan o tribunaya.
Sülhəddin Əkbər: Hə…
Rəsul Quliyev: Sənin addımın alqışlanır. Mirmahmud da yox idi tribunada…
Sülhəddin Əkbər: Yox, görmürəm. Mən arxada durmuşam, amma görəmmirəm. Bəlkə oralarda ola bilər. Görünmür, hələlik.
Rəsul Quliyev: Yox, e…Mirmahmud o zadda yoxdur. Yəni tribunada…
Sülhəddin Əkbər: Görməmişəm, açığı soruşmadım da…
Rəsul Quliyev: Eldar gedib tula kimi tullanıb durub orda.
Sülhəddin Əkbər: Hə?
Rəsul Quliyev: Ə, bunlar dəhşət alçaq adamlardı e… İsgəndər Həmidovu… Nətər insanlardı ə, bu Əliynən İsa başa, düşə bilmirəm. Elə o Cəmil müəllim özü, bədbaxt İsgəndər Həmidovun çıxışı ilə prezident olmaq istəyir.
Sülhəddin Əkbər: Hə.
Rəsul Quliyev: Ə, o balaca stadionun 50 faizini doldura bilmədiniz? Hökumət biabır eləyəcək bunu.
Sülhəddin Əkbər: Hə.
Rəsul Quliyev: Po kraynom mere, sən özünü qırağa çəkə bilibsən.
Sülhəddin Əkbər: Hə, yaxşı…
Rəsul Quliyev: Yaxşı, oldu, davay.
Sülhəddin Əkbər: Oldu sağol.