Muəllif:

Cəmil Həsənli imzatoplama kampaniyasını başa çatdırıb

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) qurumun prezidentliyə vahid Cəmil Həsənliyə dəstək olaraq Seçki Fondunun yaradılması barədə qərar qəbul edib. Bu qərar sentyabrın 3-də DQMŞ-nin sessiyasında qəbul olunub. DQMŞ seçkiqabağı kampaniya zamanı bu və ya digər pozuntular barədə hesabatların hazırlanması və onların beynəlxalq təşkilatlara təqdim olunmasını qərara alıb. Bundan əlavə, CəmilHəsənlinin təbliğatı üçün rayonlara göndərmək məqsədilə qrupun formalaşdırılması qərara alınıb. DQMŞ kampaniyanı “Cəmil Həsənli xalqın namizədidir” şüarı ilə aparmaq niyyətindədir.

Bu arada Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatıb. Bu xəbəri Turan-a C.Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov verib. H.Kərimov ümumilikdə 45 minə yaxın imza toplandığını, imza toplanmış vərəqələrin qərargaha daxil olmaqda davam etdiyinin deyib. Bütün imzalar seçki qərargahında ekspertlər tərəfindən yoxlandıqdan sonra sentyabrın 7-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq .

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135