Cəmil Həsənli İlqar Məmmədovun azadlığa buraxılmasını vacib sayır
ReAl Hərəkatının lideri, prezidentliyə namizəd İlqar Məmmədov həbsdən azad edilməlidir. Bu barədə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Turan-a bildirib. Onun sözlərinə görə, prezidentliyə namizədlərdən birinin — İlqar Məmmədovun hüquqları pozulur. “20 prezidentliyə namizədliyi təsdiq edilmiş şəxs özünün imzatoplama kampaniyasına rəhbərlik edir. Yalnız İlqar Məmmədov həbsdədir. Bu, onun hüquqlarının kobud pozuntusudur. İlqar Məmmədov azadlığa buraxılmalıdır və o da digər namizədlər kimi seçki kampaniyasına rəhbərlik etməlidir”, deyə Həsənli o qeyd edib.
Həsənli imzatoplama kampaniyasını başa çatdırdığını bildirib. Onun namizədliyinin qeydə alınması üçün 45 min seçici imzası toplanıb və sentyabrın 7-də imza vərəqlərini Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.