Muəllif:

Cəlilabadlı Naxçıvana düz bağırsağında narkotik aparıb

Yüz dəfə deyilib ki, düz bağırsaq etibarlı yer deyil. Cəlilabad sakini bu tmvsiyəyə qulaq asmayıb və Naxçıvana düz bağırsağında narkotik maddə keçirməyi qət edib. Lakin sonu pis olub — narkotiki adıçəkilən yerdən dartıb çıxarıblar. Bəli, Cəlilabad rayon sakini Natiq Niftəliyev İrandan Azərbaycana düz bağırsağında narkotik maddə gətirərkən ifşa olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Niftəliyev Naxçıvanda Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində saxlanılıb və düz bağırsağından ümumi çəkisi 389 qr. olan iki növ narkotik vasitə — heroin və həşiş aşkarlanaraq götürülüb.
Dindirmə zamanı Niftəliyev Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində gizlədilmiş narkotik vasitələrin də yerini deyib. Saxlanılan şəxsin iştirakı ilə hava limanı ərazisinə baxış zamanı nişan verilən yerdəki daşın altından ümumi çəkisi 315 qr. olan iki növ narkotik vasitə — tiryək və həşiş aşkarlanaraq götürülüb.
Niftəliyev cinayət əlaqəsində olduğu şəxslərlə bundan bir il öncə İrana müalicə üçün gedərkən tanış olduğunu, müalicə vaxtı ona etdikləri xeyirxahlıqlara görə onlarla yaxınlıq etdiyini deyib.
Faktla bağlı Naxçıvan Dövlət Gömrük Komitəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən CM 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 169