Casusun ifşası səfirliyə görə «iranofobiya» imiş
İran səfirliyi İran vətəndaşına qarşı casusluq ittihamını əsassız sayır. Bakı Ağır Cinayətlər Məhkəməsi cümə günü İran vətəndaşını casusluqda ittiham edərək 15 il müddətinə azadlıqldan məhrum edib. Səfirliyin mətbuat xidmətinin rəhbəri Mühəmməd Ayətüllahi bu ittihamı “iranafobiya” kimi dəyərləndirib. O, apellyasiya məhkəməsinin bu ittihamı ləğv edəcəyinə ümid bəsələdiyini də bildirib.
Xatırladaq ki, İran vətəndaşı Feyzi Bəhram Həsənoğlu 2012-ci ildə Bakıda kçeirilən Evrovision müsabiqəsi ərəfəsində İsrailin Bakıdakı səfirliyinə qarı terakt hazırlamaqda günahkar sayılıb. Istintaq materiallarına görə F.Həsənoğlu İran xüsusi xidmət orqanlarının ştatlı əməkdaşı olub.
O, məhkəmədə əməkdaşlqdan imtina etdiyi halda təqib olunacağından qorxduğuna görə İran xüsusi xidmət orqanlarına xidmət göstərdiyini söyləyib. O, Bakiya köçüb gəldiyi 2006-cı ildən İran xüsusi xidmət orqanlarına işləyib (Turan).

